Ələkbər Yasamallıya nə olub? – Qohumu açıqladı

Almaniyadan müalicədən qayıdan meyxanaçı Ələkbər Yasamallının (Quliyev) səhhətindən xəbər var.

Globalinfo.az xəbər verir ki, meyxanaçının əmisi oğlu Rasim Quliyev Teleqraf.com-a açıqlamasında Ələkbər Yasamallının səhhətinin yaxşı olduğunu deyib.

“O, Bakıya həmişəlik qayıdıb, Almaniyaya müalicəsinə görə getmişdi. Beş-altı ay idi ki, orada idi. Yazırdılar ki, Ələkbər Yasamallının səhhəti pis vəziyyətdədir. Qohum-əqrəba, ailəsi narahat olurlar. Özü də bu kimi xəbərlərə əsəbiləşir. Səhhəti yaxşıdır. Ağciyərində piylənmə gedirdi. Müalicəsi Bakıda davam edir. İmkan olsa, yenə müalicə üçün Almaniyaya gedəcək”, –  o qeyd edib.