Əfsanəvi futbolçu klub prezidenti oldu

Braziliya millisinin keçmiş üzvü Romario “Amerika” klubunun prezidenti olub.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Braziliya təmsilçisi ölkəsinin ən köklü komandalarından biridir.

Qeyd edək ki, Romario 1994-cü ildə Braziliya yığması ilə dünya çempionu olub. Əfsanəvi forvard karyerasında İspaniyanın “Barselona” və Niderlandın PSV klublarının da formasını geyinib.