
Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Yunanıstanın ətraf mühit və energetika naziri Kostas Skrekas Cənub Qaz Dəhlizinin genişləndirilməsi, Azərbaycandan təbii qazın tədarükü ilə bağlı əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Globalinfo.az bildirir ki, bu barədə energetika naziri Pərviz Şahbazov öz “Twitter” hesabında paylaşım edib.