yaxin serq

Fransa xarici işlər naziri Ketrin Kolonna iranlı həmkarı Hüseyn Əmir Abdullahiana deyib ki, regional münaqişə riski heç vaxt bu qədər yüksək olmayıb. O, İranı sabitliyi pozan hərəkətlərdən, eskalasiyadan çəkinməyə çağırıb.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Ramiyə Məmmədova bildirib ki, Yaxın Şərqdəki münasibətlər hələ bu qədər gərginləşməmişdi:

“Burada İsrail-HƏMAS münaqişəsinin və ABŞ-ın xüsusi rolu var. Birləşmiş Ştatlar İsrail vasitəsilə Yaxın Şərqdəki maraqlarını həyata keçirməyə çalışır. Son proseslər artıq digər ərəb ölkələrinin də məsələyə daxil olacağını istisna etmir. ABŞ-ın əsas marağı isə İranın münaqişəyə daxil olmasıdır. Rəsmi Tehran faktiki addımı atmasa da, proksi olaraq çoxdan bu prosesə qoşulub.

Ramiyə

Ramiyə Məmmədova

İranın münaqişəyə daxil olması hələ yekun nəticənin əldə ediləcəyi anlamını daşımır. Onun ardınca Türkiyə, Azərbaycan və digər ölkələr də prosesə cəlb edilə bilər. Bu geniş arealı əhatə edəcək”.

Politoloqun sözlərinə görə, Fransa Avropa ölkələri arasında ən çox problem yaradan dövlətlərdən biridir:

“Lakin İranla Fransa arasında böyük problem olacağını gözləmirəm. Paris bir çox istiqamətdə Tehrana dəstək verib.

Ona görə də iki ölkə arasında hər hansı münaqişənin baş vermə ehtimalı yoxdur”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: