Türkiyədə zəlzələdən sonra kritik sorğu – Əhali onu prezident seçdi

Türkiyə vətəndaşlarının 49,8%-i prezident seçkisində Prezident Rəcəb Tayyib Ərdoğana səs verməyə hazırdır.

Globalinfo.az xəbər verir ki, bu nəticə “Areda Survey” şirkətinin keçirdiyi sorğudan sonra ortaya çıxıb.

Ərdoğandan sonrakı yeri 21,7% səslə Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu tutub. Siyahıdakı növbəti yerlərdə Ankara meri Mənsur Yavaş (9,6%), İstanbul meri Əkrəm İmamoğlu (6,9%), HDP-nin rəhbəri Səlahəddin Dəmirtaş (6%), İYİ Partiyasının sədri Maral Akşener (2,6%) və digərləri qərarlaşıb.

Təkcə Ərdoğan yox, eləcə də onun Ədalət və İnkişaf Partiyası da növbəti seçkidə vətəndaşların ən çox səs vermək istədiyi siyasi qüvvə statusuna sahib olub. Belə ki, AKP-yə vətəndaşların 38,5%-i səs verməyə hazır olduğunu bildirib. Növbəti yerlərdə isə müvafiq olaraq CHP(22,8%), HDP (10,5%), İYİ Partiyası (10,4%), MHP (10,1%) qərarlaşıb.

Qeyd edək ki, Türkiyədə növbəti seçkilər mayın 14-nə planlaşdırılıb.

İlkin Həsənov
Globalinfo.az