Rusiyanın son Qafqaz oyunu: Putin əsas adamını Bakıya göndərdi

Bu gün Rusiya Baş naziri Mixail Mişustinin Bakıya işgüzar səfəri başlayır.

Globalinfo.az bildirir ki, Mişustin Bakıda 11-ci Rusiya-Azərbaycan Regionlararası Forumunda iştirak edəcək. Rusiya baş nazirinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilməsi də gözlənilir.

Rusiya hökumətinin mətbuat xidməti görüşdə ticarət-iqtisadiyyat, nəqliyyat, enerji, sənaye, mədəni-humanitar məsələlərin müzakirə oluna biləcəyini vurğulayır.

Xatırladaq ki, xüsusilə Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında Soçi görüşündən sonra Moskvanın bölgəyə göndərdiyi nümayəndələrinin sayı artıb. Belə ki, Mişustindən bir neçə gün əvvəl Rusiyanın Qafqaz üzrə xüsusi nümayəndəsi İqor Xovayev İrəvana gedib. Ən maraqlı məqam isə Xovayevin səfərinin yalnız Ermənistanla məhdudlaşması olub. Bu da Kremlin Paşinyana Azərbaycanla sülh sazişi ilə bağlı yeni təkliflər göndərdiyi iddialarını gündəmə gətirib.

Digər tərəfdən, Mişustinin Bakı səfərindən dərhal sonra Rusiya Prezidenti Vladimir Putin də bölgəni ziyarət edəcək. Rusiya lideri noyabrın 23-də İrəvanda KTMT dövlət başçılarının sammitində olacaq ki, buradan da onun kritik açıqlamalar verəcəyi güman edilir.

İlkin
Globalinfo.az