Şarl Mişel Paşinyana zəng etdi – Qarabağ…

Ermənistan Baş naziri Nikol Paşinyanla Avropa Birliyi Şurasının sədri Şarl Mişel arasında telefon danışığı olub.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan baş nazirinin mətbuat xidməti yayıb.

Tərəflər regiondakı hərbi-siyasi və humanitar vəziyyəti müzakirə ediblər. Mişellə Paşinyan həmçinin Ermənistan-Azərbaycan danışıqlar prosesi ilə bağlı da fikir mübadiləsi aparıblar.

Bununla bərabər regionda stabillik və sülhün təmini üçün davamlı işin aparılması gərəkdiyi vurğulanıb.

İlkin Həsənov
Globalinfo.az