Rusiya TV-sindən Qarabağdakı separatçı “dövlət naziri”nə ŞOK

Rusiyanın RBK kanalı Qarabağdakı separatçıların “dövlət naziri” Ruben Vardanyanın müsahibəsini yayımlamaqdan imtina edib.

Globalinfo.az bildirir ki, bu məlumatı Vardanyan özü yayıb.

Televiziyanın müsahibəni yayımlamaqdan niyə imtina etməsinin səbəbləri açıqlanmayıb.

Qeyd edək ki, son vaxtlar Vardanyan özünün aktiv media təbliğatına başlayıb. Ermənistan mətbuatı ilə sıx əməkdaşlığını artıran erməni milyarder Rusiya istiqamətində də aktivliyini saxlayıb. Bununla onun özünün Ermənistan daxilində təbliğat kampaniyası apardığı iddia olunur.

İlkin
Globalinfo.az