Sahibə Qafarova Moskvada səfərdədir

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün mayın 14-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə işgüzar səfər edib. 

Globalinfo.az xəbər verir ki, Moskva şəhərinin Vnukovo-2 beynəlxalq hava limanında nümayəndə heyətini Rusiya Dövlət Duması sədrinin müavini Aleksey Qordeyev, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində nümayəndə heyəti Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasında, Federal Məclisin Federasiya Şurasında və TASS Agentliyində görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illiyinə həsr olunmuş foto sərgilərin açılışında və digər tədbirlərdə iştirak edəcək.