Metroda GƏRGİN ANLAR – Sərnişinlər qatardan düşürüldü

Bu gün saat 18:40 radələrində “İçərişəhər”-“Həzi Aslanov” xəttilə hərəkətdə olan qatarda problem yaşanıb.

Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, “Ulduz” stansiyasında olarkən, maşinist dəfələrlə qatarı hərəkətə gətirmək istəsə də, cəhdləri baş tutmayıb.

Maşinist bundan sonra sərnişinlərə müraciət edərək, qatarı tərk etmələrini xahiş edib.

“Bakı Metropoliteni”QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Modern.az-a faktı təsdiqləyib.

O bildirib ki “İçərişəhər”-“Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda “Ulduz” stansiyasında texniki nasazlıq səbəbilə sərnişinlər düşürülüb:

“Nəticədə, iki qatar arasında təxminən 3 dəqiqəyə yaxın interval fərqi yaranıb. Əvəzinə qatar verilib. Qısa müddət ərzində iki qatar arasında interval fərqi aradan qaldırılacaq”.