Ermənistan İranın “qırmızı xətt”ini keçdi: Tehranın sükutunun səbəbi – Politoloq

“Ermənistanın İsraildəki səfirliyi İranın casus və kəşfiyyat mərkəzi kimi fəaliyyət göstərir. Bu gün Ermənistan və İran arasında siyasi əməkdaşlıq həm də İsrailə qarşı yönəlib”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazədə deyib.

Onun sözlərinə görə, rəsmi Tehran İsraildəki Ermənistan səfirliyi vasitəsilə bu ölkədə öz terrorçu fəaliyyətini davam etdirir:

“Qeyd edim ki, İranın ölkəmizdəki səfirliyinin avtomobilləri terrorizm fəaliyyəti zamanı ifşa edilmişdi. Göründüyü kimi, İran diplomatik korpuslarda öz ambisiyalarını rahatlıqla həyata keçirir.

İsraildəki Ermənistan səfirliyi Hizbullaha, “İslami-cihad”a yardım edir, həmçinin bu ölkənin Cənubi Qafqazla bağlı siyasətini Tehrana çatdırır. Ermənistan səfirliyi İsraildə İranın kəşfiyyat mərkəzi rolunu həyata keçirir. Tehran Ermənistanın İsraildə səfirlik açmasını məhz bu amilə görə sükutla qarşılamışdı”.

Politoloq vurğulayıb ki, İsrailin Azərbaycanla dostluq münasibətləri, Qarabağ müharibəsində rəsmi Bakını dəstəkləməsi Ermənistan və İranın Təl-Əvivə qarşı birləşməsinə gətirib çıxardı.

Turan Rzayev
Globalinfo.az