Rusiya XİN-in xüsusi nümayəndəsi Azərbaycana gəlir

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev Azərbaycana səfər edəcək.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya XİN-in Mətbuat və İnformasiya Departamentinin direktor müavini İvan Neçayev bu gün keçirdiyi brifinqdə bildirib.

O, Xovayevin bu yaxınlarda İrəvanda səfərdə olduğunu, Ermənistan rəhbərliyi ilə faydalı görüşlər keçirdiyini xatırladıb.

“İndi isə Xovayevin səfər növbəsi Azərbaycanadır”, – rusiyalı diplomat vurğulayıb.

Neçayev Xovayevin Azərbaycana konkret nə vaxt səfər edəcəyini açıqlamayıb.