Tanınmış tarixçi Tarif Şurasına müraciət etdi – FOTO

Tanınmış tarixçi Zaur Əliyev Tarif Şurasına müraciət edib.

Globalinfo.az xəbər verir ki, tarixçi dərmanın ölkəmizdə baha olmasından şikayətlənib.

O bildirib ki, Türkiyədə 16 manata satılan dərman, ölkədə 68 manatadır:

“Tarif Şurası, sizə müraciət edirəm. Bu dərmanın adı Yanumeddir. Şəkərə qarşı ən yaxşı dərmandır. Mən bir aydır şəkərimi 300-dən aşağı sala bilmirəm. Konkret komaya düşməyə doğru gedirəm. Bu dərmana da siz 68 manat 09 qəpik qiymət qoymusunuz. Halbuki bunun qiyməti Türkiyədə 16 manatdır. İndi siz özünüz bahalı həyat yaşayırsınız deyə, bu dərmana belə qiymət qoymusunuz. Nə edək biz? Bu dərmanı dilənçi maaşı ilə ayda bir dəfə necə alaq? Nədir bizə bu verdiyiniz zülmlər? Bizi niyə belə günlərdə yaşamağa məcbur edirsiz? Allahdan qorxun!”

Zaira Akifqızı
Globalinfo.az