seide

Məcburi köçkünlərlə bağlı açıqlamalari ilə gündəmə gələn tanınmış jurnalist Səidə Bəkirqızının əvvəlki iş yerinə qayıtması haqda xəbərlər yayılıb.

Globalinfo.az məlumatı dəqiqləşdirmək üçün Səidə Bəkirqızı ilə əlaqə saxlayıb.

O, yenidən Space TV-də fəaliyyətə başladığını bildirib:

“Həftəiçi 7:30-dan 9:30-a qədər efirdə olacağam. Düşündüm ki, məni sevən izləyicilərimə qarşı haqsızlıq edə bilmərəm. Hətta çoxu efirə qayıtmağım üçün sosial şəbəkələrdə paylaşımlar edirdilər. Hər şey çox gözəldir, öz axarı ilə davam edir. Nə qədər ki, izləyici sevgisi var, bir o qədər də biz varıq”.

Zaira Akifqızı
Globalinfo.az  

Paylaş: