Rusiyanın döyüş təyyarəsi binaya belə çırpıldı – VİDEO

eysk teyyare

Rusiyaya məxsus döyüş təyyarəsi Rusiyanın liman şəhəri Eyskin yaşayış məntəqəsində qəzaya uğrayıb və yaşayış binasında güclü yanğın baş verib.

Globalinfo.az amerikaninsesi.org-a istinadən bildirir ki, “Reuters”in əldə etdiyi CCTV görüntüləri bazar ertəsi (17 oktyabr) havaya qalxdıqdan qısa müddət sonra Rusiyaya məxsus qırıcı təyyarənin cənubdakı Eysk şəhərində yaşayış binasına çırpıldığı anı göstərir.

Rusiya Müdafiə Nazirliyi bildirib ki, təyyarə bazar ertəsi təlim missiyasında olarkən mühərriklərindən biri alovlanıb. Təyyarənin ekipajı qəzadan əvvəl havaya təhlükəsiz şəkildə qalxıb.

Səhiyyə Nazirliyinin Telegram kanalında “Dağıntıları təmizlədikdən sonra Fövqəladə Hallar Nazirliyinin xilasediciləri qəza yerində ölənlərin cəsədlərini tapıb. Oktyabrın 18-də saat 6:00-a olan məlumata görə, qəza nəticəsində 3-ü uşaq olmaqla, 14 nəfər həlak olub” deyilib.

Rusiya Federasiyası səhiyyə nazirinin yardımçısı Aleksey Kuznetsov 19 nəfər xəsarət aldığını, onlardan 4-nün müalicə üçün Krasnodar regional xəstəxanasına aparıldığını bildirib.

 

View this post on Instagram

 

A post shared by Amerikanın Səsi (@amerikaninsesi)