“Qarabağ”ın baş məşqçisi Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda “Hekken”lə keçirilən matçdan sonra mətbuat konfransında iştirak edib.
Globalinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
– 9 il əvvəlki “İnter”lə oyundan sonra demişdiniz ki, bu yolda davam edəcəyik…
– Həmin oyun yadımdadır. Başqa şanslarımız da olmuşdu. Amma biz həmişə irəli baxırıq. Geriyə baxmaq, həmin sayılmayan qolu xatırlamaq istəmirəm. Bəlkə də bizim üçün faydası oldu. Düzdür, 9 il əvvəl adımız siyahıda olmalı idi. Amma alınmadı və buna baxmaq olmaz. Həmin oyundan sonra Prezident İlham Əliyev də bizi qəbul etmişdi, bu da bizi möhkəmləndirmişdi. Böyük dəstək olmuşdu bizə. Ondan sonra da şanslar var idi. PAOK-u hər iki matçda udduq, amma sonra onlar “Fiorentina”nı udub qrupdan çıxdı.
– Telefonda ilk sizi təbrik edən kim oldu?
– Potensial rəqiblərinizin içərisində kimisə xüsusi olaraq görmək istəyərdiniz?
– Ordakı komandalar Çempionlar Liqasında uğur qazanmaq üçün mübarizə aparırlar. Kimisə seçmək istəməzdim.
– Bu il sanki daha çox çətinlik yaşadınız. Çempionlar Liqasının təsnifat mərhələsində “Rakuv”a uduzduqdan sonra tənqidlərlə üzləşdiniz, sonra komandadan gedən oyunçular oldu. Özünüz builki vəziyyəti necə şərh edərdiniz?
– Çətinliklər hər zaman olur. Bunun öhdəsindən gəlməyə çalışırıq. Tənqidlər də normaldır, futbolda olur bunlar. Çatışmazlıqlardan narahat olmuşdum. Məsələn, bəzi əsas oyunçular getdi, bəziləri formasından uzaq idi. Bunlar təsir edə bilərdi. Tənqidlərə gəlincə, bəzən tənqidə əsəbiləşirik, dialoqa giririk. Bunlar normal hallardır. Amma sonra düşündükcə, daha məsuliyyətli oluruq. Sizləri çox istəyirəm və hər zaman istəklərinizi düşünürəm.