Çin ABŞ və Rusiya prezidentləri arasında mümkün görüşün öz ərazisində keçirilməsini təklif edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Vol Stri Jurnal” (VSJ) mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, Pekin artıq vasitəçilərin yardımı ilə təklifi Trampın komandasına çatdırıb.
Bundan öncə qəzet Ağ Ev rəhbərinin Putinlə Səudiyyə Ərəbistanında görüşmək istədiyini yazıb.
Qeyd edək ki, dünən Trampla Putin arasında 1,5 saatlıq telefon danışığı olub. Tərəflər görüşlərin təşkili barədə razılaşıblar.
Əliyar Xəlil
Globalinfo.az