Putin: “Rusiya Ermənistana 2 rayonu özünə saxlamağı təklif edib”

“Rusiya 15 il Ermənistana güzəştə getməyi və 5 rayonu Azərbaycana qaytarmağı, 2 rayonu isə özünə saxlamağı təklif edib. Lakin onlar bundan imtina ediblər”.

Globalinfo.az xəbər verir ki, bunu “Valday” Diskussiya Forumunda çıxış edən Rusiya Prezidenti Vladimir Putin deyib.

O qeyd edib ki, Ermənistan özü Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb.

“Qarabağ öz müstəqilliyini elan edəndə onu heç kim, hətta Ermənistan da tanımayıb, baxmayaraq ki, bu, qəribədir. Artıq Ermənistan özü Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb və bunu mətbuatdan öyrənmişəm”, – deyə Putin bildirib.

O qeyd edib ki, Rusiya Ermənistana xəyanət etməyib və Qarabağdakı Rusiya sülhməramlılarının yalnız atəşkəs rejiminə əməl olunmasına nəzarət etmək hüququ var.