Moskva Qırğızıstanda Rusiya texnologiyası əsasında kiçik modullu reaktorlardan ibarət ilk atom elektrik stansiyasının tikintisi imkanını araşdırır.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Qırğızıstan Prezidenti Sadır Japarovla birgə keçirdiyi mətbuat konfransında məlumat verib.
Rusiya liderinin sözlərinə görə, görüş zamanı ikitərəfli gündəliyin bütün istiqamətləri müzakirə olunub, həmçinin regional proseslərlə bağlı geniş fikir mübadiləsi aparılıb. O bildirib ki, danışıqlar iki ölkə arasında dostluq və mehriban qonşuluq ruhuna uyğun şəkildə yüksək məhsuldar və konstruktiv keçib.
“Rusiya-Qırğızıstan münasibətlərinin strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə daha da dərinləşdirilməsi haqqında birgə bəyannamə səfərin mühüm nəticəsi oldu. Hökumətlər və nazirliklər arasında praktiki əməkdaşlığın genişləndirilməsi üçün bir sıra sazişlər də imzalanıb”.
Putin vergi inzibatçılığının və mal dövriyyəsi sistemlərinin təkmilləşdirilməsinə Rusiya tərəfindən göstərilən dəstəyin Qırğızıstan büdcəsinə 4 milyard dollardan çox əlavə gəlir gətirdiyini diqqətə çatdırıb.
Tahir Turan
Globalinfo.az