Paşinyan Şarl Mişelə sərhəddəki vəziyyətdən danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan ilə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında telefon danışığı olub.

Globalinfo.az bildirir ki, Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, söhbət zamanı Paşinyan sərhəd zonasında yaranmış vəziyyətlə bağlı ətraflı məlumat verib, eyni zamanda həmin ərazilərdə gərginliyin qaldığını vurğulayıb.

Öz növbəsində Mişel dialoq və sülhü təşviq etməyə hazır olduğunu bir daha təsdiqləyib. Vəziyyətin nizamlanması ilə bağlı müxtəlif məsələlər müzakirə olunub.