pasinyan eliyev 2

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinə yük tranzitinə qoyulan məhdudiyyətlərin tamamilə aradan qaldırılmasına görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib. 

Globalinfo.az xəbər verir ki, Paşinyan bu barədə Gürcüstanda keçirilən V İpək Yolu Forumunda çıxışı zamanı danışıb.

İlham Əliyev dünən bəyan edib ki, Azərbaycan öz ərazisindən Ermənistana yük tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırır. Bu, son dərəcə mühüm elandır və mən Azərbaycan Prezidentinə bu addımına görə minnətdarlığımı bildirmək istəyirəm”, – baş nazir qeyd edib.

O, həmçinin forumda iştirak edən Azərbaycanın Baş naziri Əli Əsədova da təşəkkür edib.

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə mətbuata bəyanatı zamanı Azərbaycanın Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırdığını deyib.

Paylaş: