Paşinyan Əliyevin bəyanatlarını səsləndirdi – Erməni politoloq

“Paşinyanın dedikləri Əliyevin bəyanatlarının məntiqi davamı idi”.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə “Past” qəzetinə müsahibəsində erməni politoloq Yervand Bozoyan çıxış edib.

O, Ermənistanın gələcəyinə Azərbaycan Prezidenti İlham Əliyevin diktə etdiyini bildirib.

Bozoyan Laçın yolundakı mövcud vəziyyətin Paşinyanın davranışları ucbatından yarandığını deyib:

“Yəqin ki, o, nəticənin bu cür olmasını istəmirdi, amma belə alınıb. Hakimiyyətə küçə adamları gələndə belə olur. Erməni xalqı bilməlidir ki, öz qərarına görə hesab ödəyir”.

Aqşin
Globalinfo.az