1440 Victor Orban Ungarn

“Avropa Komissiyasının rəhbəri məni istefaya məcbur etmək istəyir”.

Globalinfo.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.

O bildirib ki, Manfred Veber (Avropa Parlamentindəki ən böyük fraksiyanın lideri – red) və fon der Leyen (Avropa Komissiyasının rəhbəri – red) Macarıstana qarşı açıq sui-qəsdə cəhd göstərir.

“Onlar etiraf etdilər ki, Macarıstan iqtidarını indiki Polşa hökumətinə oxşar bir rejimlə əvəzləmək istəyirlər. Ancaq biz buna imkan verməyəcəyik”, – deyə Orban vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: