oqtay sireliyev

Sabiq səhiyyə naziri Oqtay Şirəliyevin oğlu “Azərsığorta” şirkətinin (Azərbaycan Dövlət Kommersiya şirkəti) rəhbərliyindən istefa verib. 

Globalinfo.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, bu ilin aprel ayında “Azərsığorta”nın sədri Fərhad Adıgözəlovun müşaviri təyin olunan Murad Şirəliyev bu vəzifəsindən də getməli olub. O, öz istəyi ilə işdən azad edilib.

Murad Şirəliyev 2000-2015-ci illərdə “Kapital Bank” ASC-nin İdarə Heyətinin üzvü və sədr müavini, 2015-ci ildən 2018-ci ilə kimi isə “Azərbaycan Beynəlxalq Bankı” ASC-də İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb. O, ABB-dəki vəzifəsindən də istefa vermişdi.

0b9b3e6a84281f916d7c5717d4773c89322048017 470783258463393 9048018356181916092 n jpg

Paylaş: