17174838801700061442087

“Baş nazir Benyamin Netanyahu bildirib ki, İsrail Livanın Hizbullah hərəkatının son günlər xeyli güclənən hücumlarına son dərəcə sərt cavab hazırlayıb”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Times of Israel”  xəbər yayıb.

Netanyahu bildirib ki, İsrailə zərər vermək istəyənlər Təl-Əvivin reaksiya verməyəcəyini düşünürlərsə, o zaman  böyük yanlışa yol verirlər.

Baş nazir əlavə edib ki, Hizbullahın raket və dron hücumları nəticəsində baş verən yanğınlar 48 saat davam edən intensiv əməliyyatdan sonra söndürülüb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

 

Paylaş: