Naxçıvan Muxtar Respublikasının keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərov azadlığa buraxılıb.
APA-nın əldə etdiyi xəbərə görə, sabiq nazir bu dəqiqələrdə cəzaçəkmə müəssisəsindən azad olunub.
Qeyd edək ki, ötən gün Ali Məhkəmənin qərarı ilə Vəli Ələsgərovun cəzası 6 il 9 ay 20 günə endirilib.
Həmin müddət də başa çatdığı üçün təqsirləndirilən şəxsin dərhal azad olunması ilə bağlı qərar çıxarılıb.