Nadir xəstəlikdən əziyyət çəkən şəxslərə verilən dərmanların sayı artırıldı

derman 12

“Nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısı”nda dəyişiklik edilib.

Globalinfo.az “Report”a istinadən verdiyi xəbərə görə, bununla bağlı Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib.

Dəyişikliyə əsasən, “Pulmozim/Pulmozyme” dərman vasitəsi həmin siyahıya əlavə edilib. Bununla da siyahıda yer ala dərmanların sayı 109-a çatıb.

Qərarın icrasına nəzarət səhiyyə nazirinin müavini İlqar Qasımova həvalə edilib.