
Moldovanın Baş naziri Nataliya Qavrilitsa oktyabrın birinci yarısında Azərbaycanda səfəri zamanı ölkəsinə qaz tədarükünü müzakirə etmək niyyətindədir.
Globalinfo.az bildirir ki, “APA-Economics”in xarici mətbuata istinadən verdiyi məlumata görə, Baş nazir bu il oktyabrın 10-12-də Azərbaycanın paytaxtında keçiriləcək ticarət-iqtisadi əməkdaşlıq üzrə Moldova-Azərbaycan hökumətlərarası komissiyasının iclası çərçivəsində Bakıya səfər edəcək.
Məlumata görə, müzakirə olunan məsələlər arasında Azərbaycandan təbii qazın idxalının mümkünlüyü də var.