Matviyenko Sahibə Qafarova ilə görüşündə sülh müqaviləsindən danışdı

Rusiya Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına yardım göstərməyə davam edəcək.

Globalinfo.az bildirir ki, APA-nın xəbərinə görə, bu barədə Federasiya Şurasının sədri Valentina Matviyenko MDB Parlamentlərarası Assambleyasının sessiyası çərçivəsində Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşü zamanı bildirib.

“Rusiya vasitəçi kimi çıxış edib və iki dövlətə sülh müqaviləsinin imzalanmasında yardımı davam etdirəcək”, – deyə Matviyenko bildirib.