ABŞ Prezidenti Co Bayden bazar ertəsi çinli həmkarı Si Szinpinlə görüşü zamanı dialoqu bərpa etmək və “balanslı sistem”i qurmaq istəyir.
Globalinfo.az bildirir ki, APA-nın xəbərinə görə, bu barədə Frans-Pres Ağ Evə istinadla məlumat yayıb.
Bildirilir ki, Bayden 2 böyük dövlət arasında əlaqələri möhkəmləndirmək və rəqabətin düşmənliyə gətirib çıxarmaması üçün zəmanət əldə etməyə israrlıdır.