w980 p16x9 2024 04 05T102717Z 1894305667 RC2A07AT609V RTRMADP 3 EU USA ARMENIA

“Avropa İttifaqının (Aİ) son zamanlarda Ermənistana ayırdığı “xüsusi diqqət” Qərbin Cənubi Qafqazdakı siyasi maraqlarından irəli gələn məkrli niyyətlərinin təzahürüdür”.

Bu sözləri Globalinfo.az – a politoloq Aytən Qurbanova Aİ-nin Avropa Sülh Fondundan Ermənistana 10 milyon avro həcmində yardım ayırması haqda danışarkən deyib.

Politoloqun sözlərinə görə, inteqrasiya prosesi adı ilə həyata keçirilən bu kimi addımların niyyəti fərqlidir:

“Ermənistanın müxtəlif istiqamətlərdə Aİ-nin fərqli institusional orqanları ilə  münasibətləri “dərinləşir”. Bir tərəfdən sülh və sabitlikdən danışan İttifaq nümayəndələri, digər tərəfdən Ermənistana 10 milyon həcmində yardım ayıraraq onu hərbiləşdirməyə çalışırlar. Paralel olaraq isə viza rejiminin liberallaşdırılmasına dair dialoqa başlayaraq İrəvana İttifaqa üzvlük vədləri verilir”.

Ayten Qurbanova 1532
Aytən Qurbanova

O qeyd edib ki, üzvlük vədlərinə baxmayaraq İrəvanın Aİ ilə bağlı hədəflərinin gerçəkləşməsi real görünmür:

“Proseslərin ümumi mənzərəsi isə tamamilə fərqli ssenarilərin təzahürüdür. İlkin olaraq onu qeyd etmək lazımdır ki, Ermənistanı bu “Xristian klubu” ilə birləşdirən heç bir xüsusi dəyər yoxdur. Ümumiyyətlə, İrəvan heç bir halda Aİ-nin üzvlüklə bağlı ümumi kriteriyalarına və tələblərinə cavab verəcək potensiala sahib deyil. Bəs belə olan halda onun Avropa üçün “cəlbediciliyinin” səbəbi nədir? Cavab  artıq hərkəsə məlumdur, heç bir halda sülh və sabitliyə töhfə verməyi hədəfləmir”.

Nəticə etibarilə, Ermənistan Qərb-Rusiya qarşıdurmasının növbəti aləti olmağa davam edərək həm regional təhlükəsizlik, həm də öz mövcudluğu üçün ciddi təhdidlər yaradır”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: