İranın Zahidan şəhərində məhkəmə binasına edilən hücumda ölən və yaralananların sayı artıb.
Globalinfo.az xəbər verir ki, ölənlərin sayı 6, xəsarət alanların sayı isə 22 nəfərə çatıb.
***11:32
Zahidan şəhərində məhkəmə binasına edilən hücumda 5 nəfər ölüb, 13 nəfər yaralanıb.
Globalinfo.az bildirir ki, hücumu həyata keçirənlərdən üç nəfər zərərsizləşdirilib.
X X X
İranın Sistan-Bəlucistan vilayətinin Zahidan şəhərində yerləşən məhkəmə binasına hücum edən silahlı şəxslərdən 3-ü zərərsizləşdirilib.
Globalinfo.az bildirir ki, bu barədə APA “Təsnim” xəbər agentliyinə istinadən xəbər verir.
Belə ki, hücumçular əvvəlcə məhkəmə binasına, sonra isə ətrafdakı mülki insanlara hücum ediblər.
Mülki şəxslər arasında ölən və yaralananların olduğu bildirilsə də, onların dəqiq sayı haqqında hələlik məlumat verilməyib.