İlham Əliyev 2 fərman imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Globalinfo.az fərmanın mətnini təqdim edir:

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 8, maddə 440; 2006, № 3, maddə 229, № 6, maddə 498; 2007, № 2, maddələr 86, 101, № 3, maddələr 217, 227, № 7, maddə 714, № 9, maddə 867, № 10, maddə 948, № 12, maddə 1242; 2008, № 1, maddə 9, № 3, maddələr 173, 179, № 6, maddə 499, № 8, maddələr 717, 723; 2009, № 2, maddə 66, № 6, maddələr 419, 421, 422; 2010, № 2, maddə 80, № 3, maddə 183, № 10, maddə 850; 2011, № 2, maddə 85; 2012, № 11, maddə 1078; 2013, № 3, maddə 236, № 8, maddə 901; 2014, № 9, maddə 1027; 2016, № 5, maddə 854, № 6, maddələr 1029, 1073; 2017, № 5, maddə 840, № 8, maddələr 1519, 1521; 2018, № 7 (I kitab), maddələr 1445, 1486, № 11, maddə 2287; 2019, № 1, maddə 76, № 4, maddə 655, № 6, maddə 1027, № 7, maddə 1211, № 8, maddə 1405; 2020, № 4, maddə 423, № 6, maddə 708; 2021, № 2, maddələr 121, 133, № 7, maddə 744, № 9, maddə 982; 2022, № 1, maddə 27, № 4, maddə 303; 2023, № 1, maddə 50, № 4, maddə 480, № 6, maddə 784) ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1.9.9-1–1.9.9-5-ci yarımbəndlər müvafiq olaraq 1.9.9-2–1.9.9-6-cı yarımbəndlər hesab olunsun və aşağıdakı məzmunda 1.9.9-1-ci yarımbənd əlavə edilsin:

“1.9.9-1. Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi;”.

2. 2.1.2-ci yarımbəndin 8-1– 8-5-ci abzasları müvafiq olaraq 8-2–8-6-cı abzaslar hesab olunsun və həmin yarımbəndə aşağıdakı məzmunda 8-1-ci abzas əlavə edilsin:

“8-1. Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi;”.

***

Prezident İlham Əliyev “Dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi və Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında” 2018-ci il 13 mart tarixli 3787 nömrəli, “Dövlət qulluqçularının aylıq vəzifə maaşlarının müəyyən edilməsi və “Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3787 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” 2019-cu il 18 iyun tarixli 1268 nömrəli sərəncamlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 1 mart tarixli 1611 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Globalinfo.az bildirir ki, fərmanda deyilir:

“Dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi və Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında” 2018-ci il 13 mart tarixli 3787 nömrəli, “Dövlət qulluqçularının aylıq vəzifə maaşlarının müəyyən edilməsi və “Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3787 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” 2019-cu il 18 iyun tarixli 1268 nömrəli sərəncamlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 1 mart tarixli 1611 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 3, maddə 199; 2023, № 1, maddə 49, № 6, maddə 785) 1 nömrəli Əlavə – “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində, Azərbaycan Respublikasının Xüsusi Tibb Xidmətində və Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin xidmətində qulluq keçən dövlət qulluqçularının aylıq vəzifə maaşları”nın 1.6-cı bəndinə “şöbə müdiri,” sözlərindən sonra “Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi,” sözləri əlavə edilsin.