Ömürlük həbs cəzasına məhkum edilən təqaüdçü general-leytenant Vural Avar dünən gecə həbsxanada dünyasını dəyişib.
Globalinfo.az 32gun.az-a istinadən xəbər verir ki, 85 yaşlı generalın uzun müddətdir demensiya xəstəliyindən əziyyət çəkdiyi, dərmanlarını qəbul etmədiyi, aqressiv davrandığı və bir müddət öncə qabırğasının sındığı öyrənilib.
Vuralın ölümünü 28 fevral müttəhimlərinin vəkili Aykanat Kaçmaz təsdiqləyib.
Qeyd edək ki, Vural “28 fevral 1997-ci il dövlət çevrilişi”nə görə həbs edilib.