Ərdoğanla Putin arasında danışıqlar başladı

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışı başlayıb. 

Globalinfo.az xəbər verir ki, liderlərin əsas olaraq “Taxıl sazişi”nin bərpası mövzusunu müzakirə edəcəyi bildirilib.

Onlar arasında telefon danışığı hazırda davam edir.

***

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olacaq.

Globalinfo.az xəbər verir ki, danışıqlar zamanı “Taxıl sazişi”nin davam etdirilməsi və Ukraynadakı son vəziyyət müzakirə ediləcək.

Rusiya iyulun 17-də vaxtı tamam olan sazişin müddətinin uzadılmayacağını açıqlamışdı. Ərdoğanın Ukrayna Prezidenti Volodimir Zelenskidən sonra Putinlə bu mövzuda müzakirə aparacaq.

Liderlərin telefon danışığından sonra yaxın vaxtlarda əyani görüşü də planlaşdırılır. Amma görüşün Ankara, yoxsa Moskvanın keçiriləcəyi, hansı tarixdə reallaşacağı məlum deyil.

Ayşən Mustafa
Globalinfo.az