Əhməd Obalı və oğlu ölümcül döyüldü – FOTO/VİDEO

 

Günaz TV-nin qurucusu, azərbaycanlı fəal, siyasi mühacir Əhməd Obalı ölümcül döyülüb.

Globalinfo.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Ləman Ələşrəfqızı şəxsi Feysbuk səhifəsində paylaşım edib.

O, hadisənin ABŞ-da baş verdiyini deyib. Jurnalist Ə.Obalı ilə birlikdə oğlunun da döyüldüyünü və reanimasiyada olduğunu bildirib.

Qeyd edək ki, Əhməd Obalı gənc yaşlarında İrandakı mövcud rejimə qarşı olan siyasi baxışına və fəaliyyətinə görə təzyiqlərə məruz qalıb və bu səbəbdən İrandan Türkiyəyə, oradan Avropaya və daha sonra ABŞ-yə mühacirət etmişdir.

Zaira Akifqızı
Globalinfo.az