cemil hesenli

Milli Şuranın sədri Cəmil Həsənli DTX-də ifadə verdikdən sonra sərbəst buraxılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə AXCP fəalları məlumat paylaşıb.

Onun Ramiz Mehdiyevin cinayət işi üzrə şahid qismində sorğu-sual edildiyi bildirilib.

Milli Şura sədri bir qədər əvvəl DTX-nin inzibati binasından çıxıb.

Qeyd edək ki, Cəmil Həsənli bu gün Dubaya uçmaq istəmiş, ancaq ölkədən çıxışına məhdudiyyət qoyulduğu üçün hava limanından geri qayıtmışdı. Daha sonra o, DTX-də PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi ilə bağlı şahid qismində ifadə verməyə dəvət edilmişdi.

Paylaş: