Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oktay Saral vəzifəsindən azad edildiyini açıqlayıb.
Globalinfo.az xəbər verir ki, o bu barədə jurnalistlə telefon danışığında bildirib.
“Bəli. Biz vəzifələrlə mövcud deyilik. Cənab prezidentimiz məni bu vəzifəyə gətirmişdi, onun göstərişi ilə ayrıldım. Heç kimdən incikliyim yoxdur”, – Saral deyib.
Azərbaycanla bağlı açıqlamalarına görə vəzifədən azad edilib-edilmədiyi barədə suala isə Saral “Bəli, elə görünür” cavabını verib.
O, fikirlərini belə tamamlayıb:
“Əsas olan Türkiyə Cümhuriyyətidir. Əsas olan cənab prezidentimizin uğurudur”.
***17:02
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oqtay Saral vəzifəsindən uzaqlaşdırılıb.
Globalinfo.az xəbər verir ki, bu iddia ilə siyasi şərhçi Arzuman Abdulkərimov çıxış edib.
“Mənə verilən bilgiyə görə Türkiyə Prezidenti Receb Tayyip Erdoğanın müşaviri Oqtay Saral vəzifəsindən uzaqlaşdırılıb. Yaxın zamanlarda bununla bağlı açıqlama veriləcək”, – deyə o bildirib.
Türkiyə mediasında yayılan iddialara görə isə Saralın oktyabrın 26-da vəzifəsindən istefa verəcəyini açıqlayacağı gözlənilir.
Xatırladaq ki, bundan əvvəl Türkiyə Prezidentinin baş müşaviri Oqtay Saral dövlətin adından hicabla bağlı Azərbaycandakı vəziyyətə münasibət bildirərək “hicablı tələbələrin təhsil hüququnun əngəllənməsi qəbul edilməzdir” demişdi.
Onun hədə tonundakı bu açıqlaması Azərbaycanda ciddi etiraz yaratmışdı.
Arzuman Abdulkərimov
Əliyar Xəlil
Globalinfo.az