Azərbaycanda siqaret bahalaşdı – Yeni qiymətlər / SİYAHI

Bu gündən etibarən Azərbaycanda siqaretlərin qiyməti yenidən artırılıb. Ümumilikdə siqaretlərin qiymətində 20 qəpik artım müşahidə olunur.

Globalinfo.az Axar.az-a istinadən siqaretlərin yeni və əvvəlki qiymətlərini təqdim edir:

“Pall Mall” – 3,1 manat (2,9 manat)

“Vinston” – 4 manat (3,8 manat)

“Sobranie” – 4,5 manat (4,3 manat)

“Vest” – 2,9 manat (2,7 manat)

“Prima” – 2,6 manat (2,4 manat)

“Kent” – 4,2 manat (4 manat)

“Argo” – 2,4 manat (2,2 manat)

LD – 3,4 manat (3,2 manat)

*** 10:13

Bu gündən Azərbaycanda siqaretlərin qiyməti bahalaşıb. 

Globalinfo.az “Qaynarinfo”-ya istinadən xəbər verir ki, bütün növ siqaretlərin qiymətində 0.20-0.50 qəpik bahalaşma qeydə alınıb.

“Sobranie” siqaretinin qiyməti 30-50 qəpik, digər növ siqaretlərin 0.20 qəpik qiyməti artırılıb.
Qeyd edək ki, bu ilin yanvarın 1-dən Vergi Məcəlləsinə edilən dəyişiklik qüvvəyə minib. Qanuna əsasən, yanvarın 1-dən aksiz dərəcəsi siqarillanın (nazik siqarlar) hər 1000 ədədi üçün 43 manatdan 45,5 manata, tütündən hazırlanan siqaretlər və onların əvəzedicilərinin hər 1000 ədədi üçün 38,5 min manatdan 45,5 manata yüksəldilib.