
Sumqayıtda dəm qazından boğularaq ölən hərbçinin Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu olduğu məlum olub.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Şəki şəhər sakini, 2001-ci il təvəllüdlü DSX hərbçisi Yusifli Seymur Teymur oğlu xidmətdən kənarda, Sumqayıtda yaşadığı evdə dəm qazından boğulub.
***
15:57
Sumqayıtda dəm qazından boğulma faktı baş verib.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gecə qeydə alınıb.
Məlumata görə, Şəki şəhər sakini Yusifli Seymur Teymur oğlu yaşadığı mənzildə dəm qazından boğularaq vəfat edib.
Baş Prokurorluğun Mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hazırda qeyd olunan faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.
Əldə etdiyimiz xəbərə görə, Seymur Yusifli Azərbaycan Ordusunun çavuşu olub.