Araikdən Xankəndi ilə bağlı TARİXİ ETİRAF: Bunu ilk dəfə dedi – VİDEO

“Maraqlıdır ki, “artsax” (Xankəndidəki separatçı tör-töküntülər nəzərdə tutulur – red.) dünyada heç bir beynəlxalq əlaqələri olmayan, hətta Beynəlxalq Qızıl Xaç Komitəsinin məhdud missiyası istisna olmaqla, humanitar dəstək almayan yeganə tanınmamış “dövlət”dir”.

Globalinfo.az xəbər verir ki, bunu Xankəndidəki saxta separatçı rejimin rəhbəri Araik Arutyunyan deyib.

O, Rusiya sülhməramlı qüvvələrinin səmərəliliyinin artırılmalı olduğunu bildirib.

Qeyd edək ki, zaman-zaman ekspertlər də yalnız Qarabağın Azərbaycanın yurisdiksiyasına keçəcəyi təqdirdə oradakı ermənilərin gələcəyinin olacağını bildirirlər. Mütəxəssislərin sözlərinə görə, əks halda ərazidəki resurslar tükənəcək və erməni əhali oranı tərk edəcək.


Ayşən Mustafa
Globalinfo.az