Şolts: O zaman Ukraynaya təhlükəsizlik zəmanəti verə bilərik

“Qərb ölkələri münaqişə bitdikdən sonra Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazırdır”.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bunu “CNN” telekanalına müsahibəsində Almaniya kansleri Olaf Şolts deyib.

“Biz sülhün bərqərar olmasından sonra ölkə üçün müəyyən təhlükəsizlik təminatları təşkil etməyə hazırıq” – deyə, o bildirib.