
ABŞ Senatının Xarici Əlaqələr Komitəsində ABŞ-ın Cənubi Qafqazdakı siyasətinin qiymətləndirilməsi ilə bağlı müzakirə keçiriləcək.
Globalinfo.az bildirir ki, APA-nın xəbərinə görə, Senatın müvafiq Komitəsində dinləmələr noyabrın 16-da baş tutacaq.
Dinləmələrdə ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid və ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş məsləhətçisi Filip Riker çıxış edəcəklər.