Rusiyanın Ukraynaya hücumu ilə əlaqədar tətbiq edilən kütləvi anti-Rusiya sanksiyaları fonunda İtaliya alternativ qaz mənbələri tapıb və Rusiya yanacağından asılılıqdan qurtulub.
Globalinfo.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, bu sözləri İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto Piçetto Fratin ölkəsinin bərpa olunan enerji mənbələrinə və Atom Elektrik Stansiyalarına (AES) arxalanacağını qeyd edərkən deyib.
“Əgər əvvəllər Rusiya qaza olan tələbatımızın 40%-ni ödəyirdisə, bu gün biz 10%-dən bir qədər çox alırıq. Beləliklə, biz Moskvadan asılılığımızı aradan qaldırmışıq”, deyə nazir bildirib.
Onun sözlərinə görə, İtaliya Trans-Adriatik Qaz Boru Kəmərinin köməyi ilə Şərqdən, eləcə də Əlcəzair və Liviya ilə yeni razılaşmalar sayəsində Afrikadan qaz idxalını artırıb.
“Dünyada ən yaxşı qiymətə qaz almağa imkan verəcək reqazifikatorlar (mayeləşdirilmiş təbii qazı qaz formasına çevirən qurğular – red.) zəmanətdir”, düyə nazir qeyd edib.
Qeyd edək ki, 2022-ci ilin sentyabrında İtaliya qışı Rusiya qazı olmadan keçirməyə hazır olduğunu açıqlayıb. 23 oktyabr 2022-ci il tarixindən etibarən İtaliya təxminən 50 ildə ilk dəfə bir həftə Rusiya Federasiyasından təbii qaz idxal etməyib. Sonuncu dəfə bu 1974-cü ildə baş verib.
Noyabrın 1-də “Qazprom” İtaliyaya qaz nəqlini dayandırıb. Dekabra olan məlumata görə, İtaliya bir ildən az müddətdə Rusiya qazından asılılığını 40%-dən 10%-ə endirib.