Britaniya kralının sərvəti açıqlandı

Britaniya kralının sərvəti açıqlandı

Britaniya kralı III Çarlzın sərvəti 600 milyon funt sterlinq (745 milyon dollar) təşkil edir.

Globalinfo.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə “Tayms” nəşri yazıb.

Məlumata görə, kral gəlirlərinin bir hissəsini Uels şahzadəsi olduğu zaman sahibliyində olan Kornuol hersoqluğundan əldə edib.

2012-2022-ci illər arasında kral Kornuoldan 212,7 milyon funt sterlinq (264 milyon dollar) qazanıb.