Səmərqənddə MDB Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclası başa çatıb.
Globalinfo.az xəbər verir ki, iclasın yekunlarına görə MDB XİNŞ iştirakçıları gündəliyə daxil olan 11 sənədin hamısının müzakirəsiz imzalanması barədə qərar qəbul ediblər.
Məhdud tərkibdə keçirilən görüş zamanı beynəlxalq gündəliyin aktual məsələləri və MDB çərçivəsində qarşılıqlı fəaliyyət ilə bağlı fikir mübadiləsi aparılıb. Geniş tərkibdə keçirilən görüşün iştirakçıları sağlamlıq imkanları məhdud uşaqlar arasında MDB ölkələrinin Spartakiadasının təşkili ilə bağlı məsələni müzakirə ediblər.
Bundan əlavə, görüş zamanı tərəflər MDB ölkələri arasında mədəni-humanitar əməkdaşlıq sahəsində bir sıra qərarları təsdiqləyiblər.
***10:31
Bu gün Səmərqənddə MDB-yə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçirilir.
Globalinfo.az xəbər verir ki, iclasda Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edir.