Bu kənd Azərbaycanla Ermənistan arasında sərhəd olacaq

Bu kənd Azərbaycanla Ermənistan arasında sərhəd olacaq 

Aprelin 11-də Gorus rayonunun Dığ kəndi ətrafında baş verən təxribatla bağlı Ermənistan tərəfi müxtəlif versiyalar səsləndirir.

Globalinfo.az xəbər verir ki, erməni mətbuatı Dığ kəndinin Azərbaycan və Ermənistan arasında sərhəd olacağını yazıb.

Qeyd edilib ki, bu, xəritələrdə də öz əksini tapacaq.

“Buna görə də ərazidən Ermənistan silahlı qüvvələri çıxarılacaq, onların əvəzinə sərhəd qoşunları yerləşdiriləcək”, – məlumatda deyilib.

Ayşən Mustafa
Globalinfo.az