Aprelin 11-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun Laçın istiqamətindəki mövqelərini atəşə tutması nəticəsində şəhid olan hərbçi Elşad Qabil oğlu Həsənov dəfn edilib.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, şəhidin nəşi doğulduğu Ağstafa Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Şəhidin dəfn mərasimindən yaxınları, rayon ictimaiyyətinin nümayəndələri, hərbçilər iştirak edib.
***13:16
Azərbaycan Ordusunun şəhid hərbi qulluqçusu Elşad Həsənovla vida mərasimi başa çatıb.
Globalinfo.az “Report”a istinadən xəbər verir ki, Ağstafa rayonunun Xətai kəndində keçirilən mərasimdə şəhidin yaxınları ilə yanaşı, hərbçi yoldaşları, rayon ictimaiyyətinin nümayəndələri, sakinlər və hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak edib.
Şəhidin cənazəsi dəfn üçün Ağstafa Şəhidlər xiyabanına aparılır.
***11:44
Aprelin 11-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun Laçın istiqamətindəki mövqelərini atəşə tutması nəticəsində şəhid olan hərbçi Elşad Qabil oğlu Həsənovla Ağstafada vida mərasimi keçirilir.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, şəhidin nəşi doğulduğu Xətai kəndinə, yaşadığı evə gətirilib.
Şəhidlə vida mərasimindən yaxınları, ictimaiyyət nümayəndələri iştirak edir.
Şəhid kənd qəbiristanlığında dəfn ediləcək.
Qeyd edək ki, Elşad Həsənov 3 ay əvvəl ailə qurub.
Xatırladaq ki, aprelin 11-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini atəşə tutması nəticəsində 3 hərbçimiz şəhid olub, yaralananlar var.














