Ermənistanın ərazisi azaldılır: neçə min kv.km olacaq? – Akopyan

Ermənistanın ərazisi azaldılır: neçə min kv.km olacaq? - Akopyan

“Ermənistan-Azərbaycan sərhədində faktiki demarkasiya prosesi aparılır”.

Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Vigen Akopyan deyib.

“Təəssüf ki, bu prosesin qarşılıqlı razılıq əsasında aparıldığına dair əsaslar var. Təbliğat çərçivəsində artıq bununla bağlı səs-küy qaldırılır. Bu, sərhədlərin faktiki demarkasiyasıdır”, – o bildirib.

Akopyanın sözlərinə görə, Azərbaycan tərəfi Ermənistan ərazisinin 29 min kvadrat kilometr olduğunu deyir, bu isə nəzəri olaraq 800 kvadrat kilometrin hökumət tərəfindən Bakıya güzəştə gediləcəyi anlamına gəlir.

İlkin Həsənov
Globalinfo.az