Azərbaycanın Xalq artisti, Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru və direktoru Azərpaşa Nemətovun qəfil ölümü təkcə ictimaiyyətdə deyil, sənət yoldaşlarında da təəccüb doğurub.
Globalinfo.az xəbər verir ki, mərhumun evinin önünə gələn sənət dostları, aktyorlar onun ölümünün gözlənilməz və qəfil olduğunu deyirlər.
Aktyor Məhəmməd Verdizadə də bildirib ki, A.Nemətov son günlər özünü yaxşı hiss edib və səhhəti ilə bağlı heç bir şikayəti olmayıb.
A.Nemətovun çalışdığı teatrın işçiləri də onun ölümünə inana bilmədiklərini deyirlər.
Sosial şəbəkələrdə bir qisim Nemətovun qəfil vəfatını yaşı ilə əlaqələndirsə də, digərləri teatrdaxili qalmaqallardan, gərgin iş həyatında, xüsusilə bəzi sənətçilərlə konfliktlərindən qaynaqlandığını yazırlar.
Qeyd edək ki, Azərbaycanın xalq artisti, Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru və direktoru Azərpaşa Nemətov ötən gün 76 yaşında vəfat edib.
Tamerlan Yayaqan
Globalinfo.az














